BÜDCƏ

Azərbaycan iqtisadiyyatı 2,1% artdı
16 MAY
140

Azərbaycan iqtisadiyyatı 2,1% artdı

2019-05-16 12:22:00
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 813,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalının 46,5%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9%-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262