BÜDCƏ

Büdcə təşkilatı avtomobil kirayəsinə 13 min manat xərclədi
13 MAY
98

Büdcə təşkilatı avtomobil kirayəsinə 13 min manat xərclədi

2019-05-13 11:10:00

Bir ədəd "Toyota Corolla" və “Volkswagen Passat” markalı avtomobillərin 5 aylıq kirayəsinə "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" PHŞ 12 832 manat xərcləyib.

Fins.az Finans.az-a istinadən xəbər verir ki, büdcə təşkilatı bu xidmətlərə görə "EZ GROUP" MMC ilə müvafiq olaraq 6 195 manat və 6 637 manat dəyərində iki satınalma müqaviləsi imzalanıb. 

Xatırladaq ki, bu ilin martında agentlik 1 ədəd "Toyota Camry"nin 5 aylıq kirayəsi üzrə "Bookingcar" MMC ilə 12 500manatlıq satınalma müqaviləsi imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264