BÜDCƏ

Gömrük apreldə büdcəyə ödənişlərini 26% artırıb
08 MAY
101

Gömrük apreldə büdcəyə ödənişlərini 26% artırıb

2019-05-08 12:18:00

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 377 milyon 788,9 min manat məbləğində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 77 milyon 197 min manat və yaxud  25,7% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 16 milyon 346,8 min manat və ya 23% artaraq 87 milyon 485,8 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 56 milyon 393,9 min manat və yaxud 26,7% artaraq 267 milyon 921,3 min manat, aksizlər 3 milyon 976,8 min manat və yaxud 26,5% artaraq 18 milyon 990,6 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,5 min manat və yaxud 16,5% artaraq 3 milyon 391,2 min manat təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264