BÜDCƏ

Maliyyə Monitorinqi Xidməti ötən il əldə etdiyi bütün gəlirləri xərcləyib
02 MAY
154

Maliyyə Monitorinqi Xidməti ötən il əldə etdiyi bütün gəlirləri xərcləyib

2019-05-02 15:15:00

Ötən il yaradılmış Maliyyə Monitorinqi Xidmətinin (MMX) cəmi aktivləri bu il yanvarın 1-nə 3,192 milyon manat təşkil edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bunun 3,021 milyon manatı uzunmüddətli, 171 min manatı isə cari aktivlərdir.

Hesabat tarixinə xidmət 158 min manatlıq cəmi öhdəliklərə, 3,034 milyon manatlıq cəmi kapitala, cümlədən 10 min manatlıq nizamnamə kapitalına malik olub.

2018-ci ildə MMX 2018-ci ildə 151 746 manat gəlir əldə edib. Bununla belə, ötən il qurumun xərcləri də elə bu qədər olub.

Belə ki, xidmət insan resursları üzrə xərclərə 114 331 manat, inzibati və digər xərclərə isə 37 415 manat yönəldib. Yəni, əldə edilmiş bütün gəlirlər xərclənib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271