BÜDCƏ

Millət vəkilləri yenə toplanır
02 MAY
159

Millət vəkilləri yenə toplanır

2019-05-02 14:29:00

Milli Məclisin (MM) sabah - mayın 3-də keçiriləcək növbəti plenar iclasının gündəliyi məlum olub.

Bu haqda  məlumat verən MM-in Mətbuat Xidmətinin rəhbəti Akif Təvəkküloğlu 3 may iclasının gündəliyinə 22 məsələnin daxil edildiyini bildirib.

Onun sözlərinə görə, gündəliyə “Aqrar sığorta haqqında” (birinci oxunuşda) yeni qanun layihəsi, həmçinin, “Dövlər rüsumu haqqında”, “Fitosanitar haqqında” haqqında qanuna və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxil edilib.

İclasda həmçinin, bir sıra məcəllələrə dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263