BÜDCƏ

Ötən il audit tədbirləri ilə 9,2 milyard manat vəsaiti əhatə edilib
10 APREL
172

Ötən il audit tədbirləri ilə 9,2 milyard manat vəsaiti əhatə edilib

2019-04-10 11:34:00

Keçən il audit tədbirləri ilə ümumilikdə 9,2 milyard manat vəsait əhatə olunub.Fins.az xəbər verir ki, Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumatda , bu məbləğin 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil edib. Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləği əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olub. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 milyard manat məbləğinin təqribən yarısı 2017-ci, 21,1 faizi isə 2018-ci il üzrə xərclər, qalan 28,2 faizi isə 2016-cı ilədək icra olunmuş vəsaitlər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265