BÜDCƏ

“Azərlotereya”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
08 APREL
224

“Azərlotereya”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb

2019-04-08 17:04:00

İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,035 mln. manat təşkil edib.

Fins.az  şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,4% çoxdur.

2018-ci ildə “Azərlotereya”nın cəmi öhdəlikləri 65,2% artaraq 5,137 mln. manata, cəmi kapitalı isə 10,1% artaraq 6,898 mln. manata çatıb.

Ötən il “Azərlotereya”nın satışdan gəlirləri 40,553 mln. manat (əvvəlki ilə nisbətən 54,95% çox), satışının maya dəyəri 36,908 mln. manat (45,5% çox), maliyyə gəlirləri 395 min manat (45,6% az), mənfəət vergisi ödəmələri isə 808 min manat (2,65 dəfə çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 3,232 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,65 dəfə çoxdur.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272