BÜDCƏ

Gömrük martda büdcəyə ödənişləri 24% artırıb
04 APREL
127

Gömrük martda büdcəyə ödənişləri 24% artırıb

2019-04-04 14:28:00

Bu ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 348 milyon 392 min manat vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon 154 min manat və yaxud 23,9% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 4 milyon 246 min manat və yaxud 5,7% artaraq 78 milyon 670 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 28 milyon 409 min manat və yaxud 15% artaraq 218 milyon 165 min manat, aksizlər üzrə daxilolmalar 33 milyon 923  min manat və yaxud 3,4 dəfə artaraq 48 milyon 162 min  manat, yol vergisi üzrə daxilolmalar isə 575 min manat və yaxud  20,4% artaraq 3 milyon 394 min manat təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266