BÜDCƏ

Azərbaycanın xarici dövlət borcu azalıb – MƏBLƏĞ
14 MART
132

Azərbaycanın xarici dövlət borcu azalıb – MƏBLƏĞ

2019-03-14 16:26:00

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 927,1 milyon ABŞ dolları təşkil edib.

Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.

2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264