BÜDCƏ

Sabah Novruz Məmmədov Milli Məclisdə ilk dəfə hesabat verəcək
14 MART
109

Sabah Novruz Məmmədov Milli Məclisdə ilk dəfə hesabat verəcək

2019-03-14 09:56:00

Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Fins.az xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.

Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.

Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.

Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264