BÜDCƏ

Prezident bu ittifaq və birliklərə pul ayırdı – SİYAHI
13 MART
206

Prezident bu ittifaq və birliklərə pul ayırdı – SİYAHI

2019-03-13 16:44:00

Prezident İlham Əliyev "Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250  min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272