BÜDCƏ

Prezident 2 milyon 655 min manat ayırdı – SƏRƏNCAM
12 MART
280

Prezident 2 milyon 655 min manat ayırdı – SƏRƏNCAM

2019-03-12 20:39:00

Naxçıvandakı çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 449 min manat ayrılıb.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev “Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.Sərəncama əsasən, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 449 min manat ayrılıb.

Prezidentin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə  2 206 000 (iki milyon iki yüz altı min) manat ayrılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264