BÜDCƏ

Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr sırasında liderdir
12 MART
188

Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr sırasında liderdir

2019-03-12 10:50:00

2018-ci ildə Gürcüstan iqtisadiyyatına 240 milyon ABŞ dolları investisiya yatıran Azərbaycan "Gürcüstanın bir nömrəli investoru" adını qoruyub saxlayıb.

Bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir. Gürcüstan iqtisadiyyatına yatırılmış investisiyalarda Azərbaycanın payı 19,5 faiz olub. Bu, 2017-ci illə müqayisədə 1,9 dəfə az olsa da Azərbaycan liderliyini qoruyub saxlayıb. Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələr sırasında Böyük Britaniya 203,7 milyon dollarla ikinci, Niderland isə 167,9 milyon dollarla üçüncü yerdədir.

Ümumilikdə keçən il Gürcüstanda xarici investisiyaların ümumi məbləği 1 milyard 232,4 milyon dollar təşkil edib, bu da illik müqayisədə 34,9 faiz azdır. Azalmanın əsas səbəbləri kimi boru kəməri layihəsinin başa çatması, bəzi şirkətlərdə mülkiyyət hüququnun qeyri-rezidentdən rezidentə transferi və qeyri-rezident birbaşa investorların öhdəliklərinin azalması göstərilir. Hesabat ilində Gürcüstanda ən çox sərmayə maliyyə sektoruna (279,9 milyon dollar), nəqliyyat (209,9 milyon dollar) və energetika (157,2 milyon dollar) sektorlarına yatırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272