BÜDCƏ

Vergilər Nazirliyi dövlət büdcəsinə ödədiyi VƏSAİTİ AÇIQLADI
14 FEVRAL
104

Vergilər Nazirliyi dövlət büdcəsinə ödədiyi VƏSAİTİ AÇIQLADI

2019-02-14 12:10:00

Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 415 milyon manat təşkil edib və nəzərdə tutulmuş proqnoz tapşırıqları tam icra edilib

Fins.az Marja-ya istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.

İlkin Vəliyev qeyd edib ki, qeyri-neft sektorundan daxilolmalar əvvəlki ilə nisbətən artıb, regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlar üzrə proqnoz tapşırıqlarına 114 faiz əməl edilib: "Dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 milyon manat və ya 21,4 faiz azaldılıb. Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq, risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255