BÜDCƏ

Bakıda yol tikintisinə 1,6 milyon ayrılıb – SƏRƏNCAM
10 FEVRAL
227

Bakıda yol tikintisinə 1,6 milyon ayrılıb – SƏRƏNCAM

2019-02-10 13:19:00

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Fins.az-ın xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitin 1,6 milyon (bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266