BÜDCƏ

Prezident partlayan binanın əvəzinə yenisinin tikilməsinə 3,7 milyon ayırdı – SƏRƏNCAM
07 FEVRAL
567

Prezident partlayan binanın əvəzinə yenisinin tikilməsinə 3,7 milyon ayırdı – SƏRƏNCAM

2019-02-07 18:30:00

Prezident İlham Əliyev Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Fins.az-ın məlumatına görə, sərəncam 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. 

Sərəncamla Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262