BÜDCƏ

Bu gün Milli Məclisin yaz sessiyasının plenar iclasları başlayır
01 FEVRAL
202

Bu gün Milli Məclisin yaz sessiyasının plenar iclasları başlayır

2019-02-01 10:08:00

Bu gün Azərbaycan Milli Məclisinin 2019-cu il yaz sessiyasının plenar iclasları başlayır.

Fins.az xəbər verir ki, ilk plenar iclasın gündəliyinə 38 məsələ daxildir.

Deputatlar əvvəlcə Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq edəcək, sonra isə parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxacaqlar.

İclasda “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İnzibati icraat haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Əmək, Cəzaların İcrası və Ailə məcəllələrinə dəyişiklik layihələri müzakirə olunacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262