BÜDCƏ

İlham Əliyev bu rayon 13 milyon manat ayırdı – SƏRƏNCAM
07 YANVAR
324

İlham Əliyev bu rayon 13 milyon manat ayırdı – SƏRƏNCAM

2019-01-07 18:18:00

 Prezident İlham Əliyev yanvarın 7-də Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264