BÜDCƏ

2019-cu ildə SOCAR-a 482 mln manata yaxın vəsait ayrılacaq
25 DEKABR 2018
349

2019-cu ildə SOCAR-a 482 mln manata yaxın vəsait ayrılacaq

2018-12-25 12:15:00

SOCAR şirkətinə (ARDNŞ) 2019-cu ildə dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 481,6 mln manat ayrılacaq. Bu barədə  Maliyyə Nazirliyindən məlumat verilir.

“2019-cu il üçün dövlət büdcəsində SOCAR-ın nizamnamə kapitalının artırılmasına 481,6 mln manat ayrılacaq”, - nazirlikdən qeyd ediblər.

Xəbər verildiyi kimi, SOCAR-a “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında quyuların qazılması üçün 2018-ci il dövlət büdcəsində 663,2 mln. manat ayrılacaq. Bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması vasitəsilə həyata keçiriləcək.

2017-ci ilin sonuna SOCAR-ın nizamnamə kapitalı 3 mlrd. 36 mln. manat təşkil edir.

©İnterfaks

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264