BÜDCƏ

Azərbaycanda ən çox iqtisadi artım olan – RAYONLAR, SİYAHI
24 DEKABR 2018
479

Azərbaycanda ən çox iqtisadi artım olan – RAYONLAR, SİYAHI

2018-12-24 17:39:00

Dövlət Statistika Komitəsi (DSK) rayonlar üzrə iqtisadi artım göstəricilərini açıqlayıb.
Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında 72 rayon və şəhərin 52-də iqtisadi artım, 20-də isə iqtisadi geriləmə qeydə alınıb.
FED.az bildirir ki, iqtisadi artımın ən çox olduğu rayonlar Şuşa və Xızıdır. Bu rayonlarda iqtisdi artım müvafyiq olaraq 2,2 və 2 dəfə təşkil edib. Şuşada artımın əsas səbəbi tikinti sahəsindəki 11,9 dəfəlik irəliləyişdir. Xızıda isə tikinti işləri 5,7 dəfə artıb.
İşğal altında olan rayonları nəzərə almasaq ən çox iqtisadi artımın olduğu 10 rayon aşağdakılardır:

Rayonlar İqtisadi artım
Xızı 2,0 dəfə artım
Ağdaş 47,6%
Qəbələ 38,0%
Şamaxı 34,0%
Sumqayıt 29,4%
Qax 28,4%
Daşkəsən 28,2%
Zərdab 27,2%
Yardımlı 26,8%
Ucar 26,0%

Bəs bu rayonlardakı artım hansı sahələrin inkişafı nəticəsində olub?
Ümumən ən çox iqtisadi artımın  olduğu  rayonlara nəzər salsaq, onlardakı artımda əsas yeri tikinti sahəsinin tutduğunu görərik. Sumqayıtı çıxmaqla qalan 9 rayonda artımın əsas səbəbi tikint sahəsidir.
Xızı rayonunda olan artımın əsas səbəbi tikinti sahəsində olan 5,7 dəfə artan istehsal olub, rayonda kənd təsərrüfatı (9,1%) və sənayedə (15,8%) azalma, digər sahələrdə isə cüzi artım olub.
Ağdaşda olan 47,6%-lik artımın əsas səbəbi, tikinti sahəsindəки 13 dəfəлик artımдыр. Rayonda digər istehsalı ən çox artan sahə  sənaye olub ki, burada artım 34,3% olub. Digər sahələrdə isə azalma olmayıb.
Qəbələdə artım əsas səbəbi 3 dəfə artan sənaye istehsalı hesabına baş verib , eyni zamanda rayonda digər sahələrdə də artım olub, bircə kənd təsərrüfatında 2,1%-lik azalma baş verib.
Şamaxı rayonunda istehsalın artmasında böyük rol oynayan sahə 3,1 dəfə artıma malik olan tikinti sahəsi olub. Rayonda digər sahələr üzrə sənaye (24,6%) və kənd təsərrüfatı (19,6%) artım olub. Qalan sahələr üzrə isə cüzi artımlar baş verib.
Sumqayıtda olan artım rabitə sahəsində istehsalın 3,4 dəfə artması hesabına baş verib. Digər ən çox artım tikinti sahəsində qeydə alınıb. Bu sahə üzrə artım 3 dəfə təşkil edib. Rayonda azalma kənd təsərrüfatı və nəqliyyat sahəsində olub, müvafiq olaraq 1,3% və 0,9%-lik azalma olub.
Qax rayonunda olan artım digər bir çox rayonlarda olduğu kimi, tikinti sahəsində olan 3 dəfəlik artım hesabına olub. Digər sahələrdə isə artıma görə fərqlənən sahə sənaye sahəsi olub ki, burrada artım 12,5% olub. Digər sahələr də cüzi artımlar olub, azalma isə kənd
təsərrüfatında olub ki, burada azalma 2,8% olub.
Daşkəsəndə olan artım tikinti sahəsində istehsalın 4,2 dəfə artması hesabına baş verib. Rayonda digər sahələr üzrə də  : sənaye (25,6%), nəqliyyat (2,5%), rabitə (1,6%) və ticarət (0,6%) artım baş verib. Kənd təsərrüfatına 1,9% azalma olub.
Zərdabda artımın əsas səbəbi tikinti sahəsində olan 6,9 dəfəlik artım olub. Bu rayonda digər sahələr üzrə cüzi artımlar olsada , azalma olmayıb.
Yardımlı rayonunda artım 74,2% artıma malik olan tikinti sahəsinin hesabına baş verib. Digər sahələr üzrə də artım olub, yalnız rabitə sahəsində 18,8%-lik azalma qeydə alınıb.
Ucarda artımda əsas rolu tikitidə sahəsi oynayıb. Bu sahədə artım 3,4 dəfə olub. Digər sahələr üzrəə ən çox artım 2,2 dəfə artıma malik olan sənaye sahəsi olub. Qalan sahələrdə cüzi artım baş verib. Nəqliyyatda 1% azalma olub.

© Fed.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257