BÜDCƏ

Gələn il bu agentliyə 30 milyon manat ayrılacaq
24 DEKABR 2018
361

Gələn il bu agentliyə 30 milyon manat ayrılacaq

2018-12-24 15:44:00

Azərbaycan hökuməti kiçik və orta biznesin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 30 mln. manat ayıracaq. Bu barədə agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.

«2019-cu il dövlət büdcəsində sahibkarlığın inkişafına 69,2 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait 3 istiqamətdə istifadə olunacaq», - deyə məlumatda bildirilir.

Xüsusilə Kiçik və Orta Biznesin İnkişafı Agenliyinə 30 mln. manat, qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin stimullaşdırılmasına 19,2 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Daha 20 mln. manat isə dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyətçilərin hüquqlarının qorunmasına ayrılacaq.

© İnterfaks 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263