BÜDCƏ

Maliyyə Nazirliyinin səlahiyyəti azaldı, Vergilər Nazirliyinin artdı
21 DEKABR 2018
373

Maliyyə Nazirliyinin səlahiyyəti azaldı, Vergilər Nazirliyinin artdı

2018-12-21 11:25:00

2001-ci ildə təsdiq edilmiş “Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu ildə təsdiq edilmiş “Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Prezident fərman imzalayıb.

Bu barədə Prezidentin ötən gün imzaladığıı fərmana istinadən xəbər verir.

Dəyişikliyə görə, 2009-cu ildən bu günə qədər Maliyyə Nazirliyinin səlahiyyətində olan iki bənd Vergilər Nazirliyinin səlahiyyətinə ötürülüb.

Dəyişiklik Fərmanda aşağıdakı formada deyilir,

1. “Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilsin:

11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.

2. “Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.

Banker.az bildirir ki, bu bəndlər 2009-cu ildəki fərmandı belə idi:

8.19. aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264