BÜDCƏ

Gömrük Komitəsi dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait köçürüb
18 DEKABR 2018
190

Gömrük Komitəsi dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait köçürüb

2018-12-18 17:57:00

2018-ci ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 253 milyon 78 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, on bir ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 827 milyon 446 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 223 milyon 775 min manat, aksizlər üzrə 165 milyon 334 min manat, yol vergisi üzrə isə 36 milyon 521 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254