BÜDCƏ

Avropa İttifaqı Azərbaycana pul ayıracaq
18 DEKABR 2018
125

Avropa İttifaqı Azərbaycana pul ayıracaq

2018-12-18 12:03:00

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin kibertəhlükələrə qarşı dayanıqlılığının möhkəmləndirilməsi üçün 3,2 milyon avro ayırmağa hazırlaşır. 

Fins.az Oxu.az-a  istinadən xəbər verir ki, proqrama Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan daxil olacaq. 

Avropa Komissiyasının tenderinə uyğun olaraq, bu ölkələrdə kibertəhlükəsizliyin gücləndirilməsi və kiberhücuma hazırlığın artırılmasına yönəlmiş texniki tədbirlər və əməkdaşlıq mexanizmləri hazırlanması planlaşdırılır.

Belə mexanizmlər qismində “institusional idarəetmə və hüquqi rejimin gücləndirilməsi”, “əsas informasiya infrastrukturunun inkişafı”, həmçinin “hadisələrin idarə edilməsində potensialın artırılması”nın tətbiqi nəzərdə tutulur.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254