BÜDCƏ

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
18 DEKABR 2018
85

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

2018-12-18 12:00:00

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Fins.az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında"(birinci oxunuş), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" (üçüncü oxunuş), "Avtomobil nəqliyyatı haqqında" (üçüncü oxunuş), "Sığorta fəaliyyəti haqqında" (üçüncü oxunuş) qanunlarına, eləcə də Seçki, İnzibati Xətalar, Mənzil məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputatlar yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" (birinci oxunuş), "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" (birinci oxunuş), "Ümumi təhsil haqqında" (birinci oxunuş) qanun layihələrini də müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254