BÜDCƏ

Bakıda 2018-ci ildə əsas kapitala yönləndirilən vəsaitin miqdarı açıqlanıb
30 NOYABR
129

Bakıda 2018-ci ildə əsas kapitala yönləndirilən vəsaitin miqdarı açıqlanıb

2018-11-30 11:25:00

Fins.az-ın məlumatına görə bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10013,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% az vəsait yönəldilib. Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ümumi sərmayənin 57%-i dövlət, 43%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Bu ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,7%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,2%-ni əsaslı təmir, 4,5%-ni cari təmir, 20,6%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 81,2%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Eləcə də bax:15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 9 milyon manat ayırıldı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256