BÜDCƏ

Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır
27 NOYABR
207

Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır

2018-11-27 15:41:00

2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb.

Fins.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək.

Müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək.

“Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2019-ci illə müqayisədə 0,7 faiz artaraq 30.7 faiz təşkil edəcək.

Strukturuna görə dövlət büdcəsinin əsas xərcləri ilkin proqnozlara nisbətən 291 milyon manat və ya 2.9 faiz artaraq 10 milyard 182 milyon manat cari xərclərin isə ilkin proqnozlara nisbətən 119 milyon manat və ya 0.9 faiz artaraq 12 milyard 673 milyon manat təşkil edəcək”.

 
Nazir bildirib ki, millət vəkillərinin büdcəyə etdiyi təkliflər əsasında layihəyə dəyişiklik olunub və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir: 

“Bu məbləğin 200 milyonu qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyonu regionlarda məşğulluq səviyyəsinin artırılamasına, 2,7 milyonu Gənclər Fonduna ayrılır. Həmçinin, 2019-2020-ci illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur. 

Eyni zamanda AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, yeni yaradılmış təşkilatlara 5,5 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq. 

Bununla yanaşı, bələdiyyələrə subvensiyalar üçün ayrılmış dotasiyaların həcmi 500 min manat azaldılacaq. Onu da qeyd edim ki, təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyarddır. Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq”.

Beləliklə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.

Eləcə də bax:Büdcə ilə bağlı bu qayda təsdiq edildi

©modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256