BÜDCƏ

2019-cu ilin dövlət büdcəsi üzrə gəlir və xərc proqnozları artırılıb
27 NOYABR
142

2019-cu ilin dövlət büdcəsi üzrə gəlir və xərc proqnozları artırılıb

2018-11-27 14:48:00

Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 mln. manat artırılaraq 23 168 mln. manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 mln. manat artırılaraq 25 190 mln. manata çatdırılması nəzərdə tutulub.

Fins.az xəbər verir ki,  bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayarkən məlumat verib. Onun sözlərinə görə, büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq.

“2019-ci il üçün büdcə kəsrinin isə 159 mln. manat artırılaraq 2 022 mln. manata çatdırılması hədəflənib. Amma kəsrin ümumi daxili məhsula nisbəti dəyişməyəcək və 2,5% təşkil edəcək”, - deyə nazir qeyd edib.

Eləcə də bax:"Dövlət büdcəsi haqqında" qanundan YENİ XƏBƏR

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255