BÜDCƏ

Valyuta ehtiyatları 45 milyarda çatıb
13 NOYABR
117

Valyuta ehtiyatları 45 milyarda çatıb

2018-11-13 12:28:00

Milli Məclisdə plenar iclaslarda 2019-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılıb. Fins.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi  uğurlu inkişaf  strategiyası bu il  də davam etdirilib: “Makroiqtisadi sabitlik bu il də qorunub, saxlanılıb. Konkret olaraq, ölkənin valyuta ehtiyatları 3 milyard artaraq 45 milyarda çatıb. 2019- cu ilin büdcəsinin əsas göstəricisinə gəlincə, bu, məqsədli layihələr üzrə xərclənmədə olacaq.  Belə ki, məqsədli layihələr büdcənin 42 faizini təşkil edir. Büdcənin 32 faizini isə sosialyönümlü xərclər təşkil edir ki, bu da bir daha büdcənin sosialyönümlü olmasına dəlalət edir”.

Eləcə də bax: Prezident 3,5 milyon ayırdı – SƏRƏNCAM

©Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256