BÜDCƏ

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
13 NOYABR
154

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

2018-11-13 09:53:00

Bu gün – noyabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək.

Məlumata  görə, iclasının gündəliyinə 7 məsələ daxildir.

Bunlar, ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələridir.

Eyni zamanda 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq

Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.

 Eləcə də bax:Bu mərkəz üçün pul ayrıldı - SƏRƏNCAM

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256