BÜDCƏ

Sosial məqsədlərə 8 milyard manat ayrılıb
07 NOYABR
197

Sosial məqsədlərə 8 milyard manat ayrılıb

2018-11-07 15:21:00

Milli Məclisin (MM) daha beş komitəsinin birgə iclasında büdcə müzakirələrinə başlanılıb.

Fins.az  xəbər verir ki, birgə iclasa MM-in Əmək və sosial siyasət komitəsinin rəhbəri Hadi Rəcəbli sədrlik edir.

İclasda beş komitənin üzvləri ilə yanaşı, mədəniyyət naziri Əbülfəs Qarayev, Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə (nazir Samir Şərifov üzrlü səbəblərdən iclasa qatılmayıb) və digər rəsmi şəxslər iştirak edirlər.

H.Rəcəbli qeyd edib ki, dünyada gedən ağrılı proseslərə baxmayaraq, Azərbaycanda ictima-siyasi sabitlik mühitində sosial rifaha malik dövlət qurulur.

 Eləcə də bax:Marketlərin bonuslarını nələrə xərcləyə bilərsiniz?

“Digər sahələrdə zaman-zaman azalmalar olsa da, son illər sosial sahəyə, sosial məqsədlərə vəsaitlər daim artırılır. 2019-cu ilin büdcəsində də bu aşkar hiss olunur. Növbəti ilin büdcəsində sosial məqsədlərə səkkiz milyard manatdan artıq vəsait ayrılıb. Bu da nəticə etibarilə büdcənin 33 faizini təşkil edir. Bu, böyük göstəricidir”, – deyə komitə sədri əlavə edib.

©Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250