BÜDCƏ

“Büdcə zərfi”də qarşıdakı 3 il üçün manatın məzənnəsi göstərildi - Deputat cavab İSTƏYİR
06 NOYABR
349

“Büdcə zərfi”də qarşıdakı 3 il üçün manatın məzənnəsi göstərildi - Deputat cavab İSTƏYİR

2018-11-06 12:38:00

““2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib ki, 2018, 2019-cu il və ondan sonrakı 3 il ərzində manat dollara nisbətdə 1 manat 78 qəpik olacaq.  Mən çox arzulayardım ki, belə qalsın”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsini şərh edərkən deyib.

Eləcə də bax:Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını cüzi artırıb

Deputat bildirib ki, qarşıdakı 4-5 il ərzində neftin qiymətinin artma ehtimalı, enmə ehtimalından daha çoxdur:

“Bizimlə daha çox ticarət edən Rusiya, Türkiyə və digər ölkələrin milli valyutaları kəskin şəkildə dəyər  itirməyə başlayıb. Belə olan təqdirə manat 4 il müddətində 1 manat 78 qəpik civarında qala biləcəkmi? Əgər zorla saxlasaq, 2015-ci ilin 21 fevralı təkrarlanmayacaq ki? Biz “üzən məzənnə”yə nə zaman keçəcəyik?  Mən büdcə zərfinin müzakirəsi zamanı da bu məsələləri parlamentdə qaldıracağam. Hesab edirəm ki, büdcənin dayanıqlığını təmin etmək üçün bu suallar həddən artıq əhəmiyyət kəsb edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250