BÜDCƏ

Ziyafət Əsgərov: "2019-ci ilin dövlət büdcəsindən DANIŞDI
05 NOYABR
105

Ziyafət Əsgərov: "2019-ci ilin dövlət büdcəsindən DANIŞDI

2018-11-05 14:13:00
 “Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərdən tam imtina etmək düzgün deyil”.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında parlament sədrinin I müavini Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, dünyada baş verən hadisələr 10-15 ildən sonra neftin ucuzlaşacağını göstərir.
“Azrəbaycan indidən neftinin dünya bazarına çıxararaq əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəldir. 2019-ci ilin dövlət büdcəsi layihəsi qlobal iqtisadi konyukturalar nəzərə alınmaqla hazırlanıb və gələcəyə etibarlı təminat yaradır”, - o deyib.
Z.Əsgərovun sözlərinə görə, gələn ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi sosial yönümlüdür: “Hər şeydən əvvəl bu, Konstitusiyanın tələbindən irəli gəlir. 2019-cu ildə müdafiə və təhlüksəzilik xərcləri üçün 3,037 mlrd. manat vəsait nəzərdə tutulub. Bu da 2018-ci llə müqayisədə 132,4 mln. manat çoxdur və başa düşüləndir. Ermınistanla müharibə şəraitindəyik, qorunmaq üçün bu sahəyə vəsait ayırmalıyıq. Üstəlik hərbi qulluqçuların sosial müdaifəsinə də xüsusi diqqət ayrılır". 
 
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250