BÜDCƏ

Komitə sədri: 2019-cu ilin büdcəsi əvvəlkilərdən xeyli fərqlənir
05 NOYABR
114

Komitə sədri: 2019-cu ilin büdcəsi əvvəlkilərdən xeyli fərqlənir

2018-11-05 12:50:00
Milli Məclisdə (MM) 2019-cu ilin büdcə müzakirələri başlayıb.

Fins.az xəbər verir ki,  büdcə müzakirələrinin ilk iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələri qatılıblar.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edir.

O qeyd edib ki, bu gün ölkənin baş - ali maliyyə sənədi, dövlət büdcəsi müzakirəyə çıxarılır.

Onun sözlərinə görə, Konstitusiyaya edilən dəyişikliklərdən sonra büdcə zərfi üç oxunuşun müzakirələrindən keçiriləcək və dövlət başçısı tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minəcək.

Komitə sədri deyib ki, növbəti ilin büdcə zərfi bir çox parametrlərinə görə əvvəlkilərdən xeyli fərqlənir:

“Dünyada qlobal dəyişikliklər, təlatümlər baş verir, risklər yaşanır, amma bunların fonunda Azərbaycanda iqtisadi inkişaf davam edir, ölkədə siyasi-iqtisadi sabitlik qorunub-saxlanılıb. Bütün bunlar elə növbəti ilin büdcəsində də özünü göstərir.

Dövlət büdcəsi çox peşəkar, çox məzmunlu və çox səliqəli şəkildə hazırlanıb. O, Azərbaycanın növbəti mərhələdə inkişafına öz müsbət təsirini göstərəcək”.

©Oxu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250