BÜDCƏ

Mənəvi Dəyərlərin Təbliği Fonduna büdcə vəsaiti ayrılacaq - İLK DƏFƏ
01 NOYABR
102

Mənəvi Dəyərlərin Təbliği Fonduna büdcə vəsaiti ayrılacaq - İLK DƏFƏ

2018-11-01 09:50:00

2019-cu ilin dövlət büdcəsindən ilk dəfə olaraq Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılacaq.

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinsə  qeyd edilib.

Sənəddə göstərilib ki, ilk dəfə olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 8 milyon 200 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. QİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovdur.

©modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250