BÜDCƏ

Dövlət büdcəsinə 2,4 mlrd. manat artıq vergi ödəyənlər kimlərdir?
30 OKTYABR
212

Dövlət büdcəsinə 2,4 mlrd. manat artıq vergi ödəyənlər kimlərdir?

2018-10-30 11:40:00

Cari il yarısında dövlət büdcəsinə vergi borcları 1 mlrd. 118,129 mln. manat təşkil edib ki, bu da ilk yarımillikdə 5,1% artıb.

Fins.az xəbər verir ki,  büdcə materiallarına əsasən bildirilir ki, 2018-ci il iyulun 1-nə vergi borclarının strukturunda 845 mln. 46,2 min manat əsas borcun payına düşüb.

Eləcə də bax:Dövlət büdcəsindən 9,7 milyon manat ayrıldı

1 iyul tarixinə maliyyə sanksiyaları ilə əlaqədar borcun məbləği 141 mln. 915,5 min manat (azalma 2,7%, cərimələr üzrə isə 131 mln. 167,3 min manat (artım 77,3%) təşkil edir.

Cari ilin I yarısında dövlət şirkətlərinin əsas borcu 166 mln. 244,8 min manatadək, özəl şirkətlərin əsas borcu 717 mln. 124,5 min manatadək artıb.

Neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu 3,1%, qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu isə 96,9% təşkil edir.

İyul ayının 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 446,192 mln. manat artıq vergi (I yarımillikdə azalma 3,9%) ödənilib ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcundan 2,2 dəfə çoxdur.

Vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vəsaitlərin 54,8%-i özəl sektorun, 19,9%-i dövlət şirkətlərinin, 17,2%-i xarici şirkətlərin, 8,1%-i digər vergi ödəyicilərinin payına düşür. Bu vəsaitlərin 6,2%-i neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilib.

 ©banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257