BÜDCƏ

2022-ci ildə əhalinin gəlirləri 72 mlrd. manata yüksələcək
26 OKTYABR
198

2022-ci ildə əhalinin gəlirləri 72 mlrd. manata yüksələcək

2018-10-26 12:48:00

Azərbaycan əhalisinin 2020-2022-ci illər üçün gəlir və xərcləri ilə bağlı proqnozlar məlum olub.

Fins.az xəbər verir ki, 2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, 2020-ci ildə əhalinin gəlirləri üzrə real artım tempi 3,6% olmaqla 63 mlrd. 511,1 mln. manata çatacaq. Bu dövrdə əhalinin xərcləri üzrə real artım tempi 3% olmaqla 54 mlrd. 520,5 mln. manat təşkil edəcək.

2021-ci ildə əhalinin gəlirlərinin 67 mlrd. 548,6 mln. manat, xərclərinin 57 mlrd. 923,7 mln. manat, 2022-ci ildə isə müvafiq olaraq 71 mlrd. 898,5 mln. manat və 61 mlrd. 602 mln. manat olacağı proqnozlaşdırılır. 

Eləcə də bax:Gələn il dövlət rüsumları artacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251