BÜDCƏ

Daşkəsənə 13,3 milyon manat ayırıIıb
25 OKTYABR
81

Daşkəsənə 13,3 milyon manat ayırıIıb

2018-10-25 09:21:00

Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamla üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 Eləcə də bax:200 manatdan yüksək maaş alanların nəzərinə - 10% ÖDƏYƏCƏKSİNİZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258