BÜDCƏ

"ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır
24 OKTYABR
131

"ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır

2018-10-24 17:39:00

Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) ayrılacaq vəsait artırılır.

Fins.az xəbər verir ki, 2019-cu ilin büdcəsindən Dövlət Agentliyinə 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258