BÜDCƏ

Dövlətin payı olan müəssələrdən büdcəyə daxilolmalar artacaq
24 OKTYABR
143

Dövlətin payı olan müəssələrdən büdcəyə daxilolmalar artacaq

2018-10-24 14:27:00

Gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə büdcəyə daxilolmalar bu illə müqayisədə çox olacaq.

Bu barədə 2019-cu ilin dövlət büdcəsi zərfində bildirilir. 

Məlumata görə, 2019-cu ildə sözügedən istiqamət üzrə daxilolmaların məbləği 3,92 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 23% çoxdur.

2020-ci ildə bu rəqəmin 5,405 mln. manat, 2021-ci ildə 6,6 mln. manat, 2022-ci ildə isə 7,41 mln. manat təşkil edəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat, büdcə kəsiri 1 862,6 mln. manat proqnozlaşdırılır.

Eləcə də bax:İşsizlikdən sığorta fondunun büdcəsi - AÇIQLANDI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259