BÜDCƏ

Xarici dövlətlərə verilmiş kreditlərdən gələn ilin dövlət büdcəsinə daxilolmalar artacaq
24 OKTYABR
133

Xarici dövlətlərə verilmiş kreditlərdən gələn ilin dövlət büdcəsinə daxilolmalar artacaq

2018-10-24 11:20:00

 Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən 2019-cu il dövlət büdcəsinə 69 mln. 148 min manat daxil olacağı proqnozlaşdırılır.

Fins.az bu barədə dövlət büdcə zərfinə istinadən xəbər verir.

2018-ci ilin dövlət büdcəsində bu istiqamətdə daxilolmların 68 mln. 529min manat olması gözlənilir. Bu istiqamətdə daxilolmaların 2020-ci ildə67 mln. 594 min manat, 2021-ci ildə 65 mln. 348 min manat və 2022-ci ildə 62 mln. 631 min manat olacağı ehtimal olunur. 

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 917 mln. 500 min manat, xərcləri 24  mlrd. 780 mln. 100 min manat, büdcə kəsiri 1 mlrd. 862 mln. 600 min manat proqnozlaşdırılır. 

Eləcə də bax: 200 manatdan yüksək maaş alanların nəzərinə - 10% ÖDƏYƏCƏKSİNİZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258