BÜDCƏ

Gömrük üçün büdcə tapşırığı artırılacaq
24 OKTYABR
189

Gömrük üçün büdcə tapşırığı artırılacaq

2018-10-24 09:25:00

2019-cu ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu ÜDM-in 4,2%-i həcmində olmaqla 3 milyard 451,6 milyon manat nəzərdə tutulur.

2019-cu il dövlət büdcə zərfinə görə, bu, 2018-ci ilin proqnozundan 261,6 milyon və ya 8,2%, 2017-ci ilin icrası ilə müqayisədə isə 842,8 milyon manat və ya 32,3% çoxdur.

2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolma aşağıdakı kimi proqnozlaşdırılır.

Əlavə dəyər vergisi üzrə daxilolmalar 2 milyard 293,6 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 73,6 milyon manat və ya 3,3% çoxdur. Artımın səbəbi qeyri-neft idxalının artımla proqnozlaşdırılmasının nəzərə alınması olub.

Eləcə də bax: Əmək pensiyalarının ödənilməsi üçün VƏSAİT AÇIQLANDI

Aksiz vergisi üzrə daxilolmalar 325 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 153  milyon manat və ya 89% çoxdur. Artıma səbəb ölkəyə idxal edilən aksizli mallara nəzərət sisteminin təkmilləşdiriləmisinin proqnozlarla nəzərə alınması olub.

Gömrük rüsümları üzrə daxilolmalar 801 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 33 milyon manat və ya 4,3% çoxdur. Bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı məqsədilə yerli istehsalı olan bir sıra malların idxal rüsumlarının adxalarının dərəcələrinin spesifikə keçidinin nəzərə alınmasıdır.

Yol vergisi üzrə daxilolmalar 32 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin ilin proqnozu ilə müqayisədə 2 milyon və ya 6,7% çoxdur.

marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258