BÜDCƏ

200 manatdan yüksək maaş alanların nəzərinə - 10% ÖDƏYƏCƏKSİNİZ
24 OKTYABR
2493

200 manatdan yüksək maaş alanların nəzərinə - 10% ÖDƏYƏCƏKSİNİZ

2018-10-24 09:23:00

2016-cı ildən məcburi sosial sığorta ayırmaları sistemində islahatlar diferensiallaşdırılmış dərəcənin tətbiqini nəzərdə tutulur.

Fins.az xəbər  verir ki, əgər muzdlu işçinin aldığı əmək haqqı 200 manatadək təşkil edirsə, o zaman işçi bilavasitə əmək haqqının 3%-i miqdarında, işəgötürən isə 22%-i miqdarında məcburi sosial sığorta haqqı ödəyəcəkdir.

Əgər işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.

8000 MANATADƏK MAAŞ GƏLİR VERGİSİNDƏN AZAD EDİLİR

İslahatlar çərçivəsində 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əmək haqqlarından gəlir vergisinin yığılması üzrə 100%-lik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əmək haqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatadək olduğu halda verginin məbləği 14% təşkil edir).

  Eləc də bax:Əmək pensiyalarının ödənilməsi üçün VƏSAİT AÇIQLANDI

marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255