BÜDCƏ

Hansı şəhərimiz daha çox gəlir əldə edir?
23 OKTYABR
146

Hansı şəhərimiz daha çox gəlir əldə edir?

2018-10-23 14:51:00

Son illər olduğu kimi, 2019-cu ilin dövlət büdcəsindən də bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq.

Fins.az-ın məlumatına görə, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bu sırada  Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri də olacaq.

Eləcə də bax: 2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollardan götürülür - Deputat riskdən DANIŞDI

2019-cu ilin dövlət büdcəsində Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat, Gəncənin gəlirləri  47 milyon manat, Sumqayıtın gəlirləri  90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250