BÜDCƏ

Əmək pensiyalarının ödənilməsi üçün VƏSAİT AÇIQLANDI
23 OKTYABR
375

Əmək pensiyalarının ödənilməsi üçün VƏSAİT AÇIQLANDI

2018-10-23 13:16:00

2019-cu ildə Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyalarının ödənilməsi üçün  3 milyard 743 milyon manat vəsait ayrılacaq.

Fins.az xəbər verir ki, bu barədə "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bundan əlavə, fondun büdcəsindən dəfn üçün 17 milyon manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri üçün 22 milyon  500 min manat  vəsait ayrılacaq.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 Eləcə də bax:2019-cu il üzrə büdcə gəlirləri və xərcləri açıqlandı

 modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250