BÜDCƏ

2019-cu ilin yaşayış minimumu AÇIQLANDI - ARTIM VAR
23 OKTYABR
528

2019-cu ilin yaşayış minimumu AÇIQLANDI - ARTIM VAR

2018-10-23 12:23:00

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi müəyyənləşib.

Fins.az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Eləcə də bax:Pensiyalar artırılacaq - BÜDCƏ MÜZAKİRƏSİ

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250