BÜDCƏ

Yaşayış minimumu ARTIR
19 OKTYABR
687

Yaşayış minimumu ARTIR

2018-10-19 12:53:00

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği məlum olub.

Məlumata görə, bu barədə " 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu  ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 Eləcə də bax:Gəncə Səhiyyə İdarəsinin yeni rəisi kimdir? - DOSYE

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250