BÜDCƏ

2019-un dövlət büdcəsi məlum oldu
19 OKTYABR
509

2019-un dövlət büdcəsi məlum oldu

2018-10-19 11:58:00

2019-cu ilin dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub.

Məlumata görə, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, xərcləri isə 24 milyard 780 milyon manat təşkil edir.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri ilkin olaraq 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiqlənmişdi.

 Eləcə də bax:Dövlət rüsumu dəyişir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257