BÜDCƏ

Büdcədə pul niyə artıqdır?
18 OKTYABR
195

Büdcədə pul niyə artıqdır?

2018-10-18 12:38:00
Bu ilin bütün aylarında dövlət büdcəsində profisit olub.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin 9 ayı ərzində dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz artaraq 14 081,9 milyon manata, xərcləri isə 19,1 faiz artaraq 13 485,7 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 596,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,2 faizinə bərabər olub.Dövlət büdcəsi ilin əvvəlini 416,6 milyon manat profisit ilə başlasa da, fevral və mart ayında uyğun olaraq 139,9 milyon və 155 milyon manata düşüb.

Aprel-may aylarında profisit yenidən artaraq uyğun olaraq 653,9 və 650,8 milyon manat təşkil edib. Oktyabrın əvvəlinə  olan məlumatda isə profisitin 423,7 milyon manat təşkil edib.
Aylar üzrə büdcə profisiti aşağdakı kimi olub.

Aylar

Büdcə profisiti (milyon manatla)

Yanvar

416,6

Fevral

139,9

Mart

155,0

Aprel

653,9

May

650,8

İyun

297,3

İyul

428,8

Avqust

544,0

Sentyabr

596,2

Oktyabr

423,7

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258