BÜDCƏ

Dövlət rüsumu dəyişir?
12 OKTYABR
1059

Dövlət rüsumu dəyişir?

2018-10-12 18:08:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, qanunun 4-cü (Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları) maddəsinin 1-2 bəndi yeni redaksiyada verilib:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür. Qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Eləcə də bax: Prezidentdən büdcə AÇIQLAMASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256